Palmira rus bombaları altında: İŞİD-ə ağır zərbələr endirilir
Rus hərbi aviasiyası İŞİD-in nəzarətində olan Palmira şəhərinə silsilə zərbələr endirib. APA TV-nin xarici mətbuata istinadən məlumatına görə, bu barədə informasiyalar Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Mərkəzindən də təsdiqlənir.
Əraziyə ümumilikdə 8 hava hücumu təşkil edilib. Rusiyanın etdiyi hava hücumları barədə məlumatlar daha öncə yayılsa da, adı çəkilən ölkənin Müdafiə Nazirliyi bunu qəti şəkildə təkzib edib. Rus qırıcılarının son iki sutka ərzindəki hava hücumları barədə rəsmi məlumat isə noyabrın 2-də İqor Konaşenkov tərəfindən mətbuata ötürülüb, hava hücumlarının Tadmor rayonuna yönəldiyi açıqlanıb.
Qeyd edək ki, Rusiya tərəfindən İŞİD-ə qarşı əməliyyatlara sentyabrın 30-dan etibarən başlanılıb.