İTV-nin əməkdaşı qəzada öldü
Ötən gecə Sabirabad rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb. Rayonun Kürkəndi ərazisində 29 yaşlı Samir Novruzova məxsus "NİSSAN" markalı minik avtomobili Sabirabad rayonu Məmişlər kənd sakini, 27 yaşlı Tural Bağırovun idarə etdiyi, İctimai Televiziyaya məxsus xidməti "TOFAŞ" markalı minik avtomobili ilə toqquşub. APA TV-nin məlumatına görə, qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində keçinib. Meyitlər Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, "TOFAŞ" markalı avtomobilinin vəfat etmiş sürücüsü İTV telekanalının ARAN bürosunun əməkdaşı Tural Bağırovdur. Faktla bağlı araşdırma aparılır.