Rus qırıcıları İŞİD-i yeni bombalarla vurdu

Rusiya hərbi hava qüvvələri Suriyada İŞİD-in artilleriya silahları saxlanılan bunkerinə KAB-500 aviabombaları ilə zərbələri endirilib.

 

APA TV-nin məlumatına görə, sözü gedən bunkerlər Dəməşqə yaxın məsafədə, Harasta yaşayış məntəqəsi yaxınlığında yerləşir.

 

Dördüncü ildir ki, bu məntəqə uğrunda şiddətli döyüşlər gedir. Suriya Müdafiə Nazirliyindən bildirilib ki, əməliyyatlar nəticəsində Hələb şəhəri yaxınlığındakı strateji hədəflərdən daha biri terrorçulara məxsus düşərgə məhv edilib.

 

Bu arada general-mayor İqor Konaşenkov Rusiyanın hava zərbələri nəticəsində dinc sakinlərin zərər çəkdiyi barədə yayılan iddiaları təkzib edib.

Müəllif | Apa.Tv
Apa.tv