İnternet narkobaronları tutuldu: 350 kiloqram narkotik!

Rusiya paytaxtında külli miqdarda - 350 kiloqram narkotik maddə tutulub.

 

APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionlararası fəaliyyət göstərən cinayətkar bandanın əsas şəxslərini zərərsizləşdiriblər.

 

Məlumat verilir ki, internet üzərindən iş görən bu şəxslər qurduqları şəbəkəni elə formalaşdırıblar ki, sıravi kuryerləri bir-birini üzdən tanımasınlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları tutulan cinayətkarlarda daha çox narkotik vasitənin olduğundan şübhələnirlər. Bandanın üzvlərinin narkotiki yaşadıqları gizli ünvanlarda gizlətdikləri və onların yerini tez-tez dəyişdirdikləri iddia edilir.

Müəllif | Apa.Tv
Apa.tv