Suriyada daha bir İran generalı öldürüldü

Suriyada daha bir İran generalı öldürülüb.

 

APA TV-nin xəbərinə görə, İŞİD terror təşkilatına qarşı havadan əməliyyat keçirən Rusiyaya dəstək vermək üçün Suriyaya hərbçi göndərən İran daha bir general qurban verib.

 

İran Xəbər Agentliyi öldürülən generalın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) mənsub olduğunu açıqlayıb. Adı açıqlanmayan generalın SEPAH-ın önəmli komandanlarından olduğu bildirilir. İŞİD və ya Azad Suriya Ordusu ilə aparıldığı bilinməyən döyüşdə iranlı hərbçi ilə yanaşı, suriyalı əsgərlər də öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv