Ağstafada qatar maşını vurdu: yaralananlar var

Ağstafada ər və arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köçəsgər kəndi ərazisində, Tatlı-Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində 1970-ci il təvəllüdlü kənd sakini Bahəddin Sultanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə bağlı olan keçiddən keçmək istəyib.

 

Bu zaman elektrovoz maşını vurub. Sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv