Qazaxda oğurluq edən iki əmioğlu tutuldu
Qazaxda oğurluq faktının üstü açılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Xanlıqlar kənd sakini Nemət Mustafayev əmisi oğlu Dərviş Mustafayevlə birgə qonşuları Nadir Məmmədova məxsus mağazadan oğurluq ediblər.
Onlar dükandan 536 manat dəyərində tütün məmulatları və spirtli içkilər götürdükdən sonra həyətə girərək 200 litr benzin oğurlayıblar.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşların həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən hər iki şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.