Abşeronda binada yanğın: sakinlər təxliyə olundu

Abşeron rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın rayonun Heydər Əliyev prospektindəki 12 mərtəbəli yaşayış binasında qeydə alınıb.

 

Binanın zirzəmisində elektrik lövhəsindəki çıxış kabelləri qəfil yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Abşeron rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 6-sı azyaşlı olmaqla 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən binadan təxliyə olunub.


Yanğın söndürülüb. Binanın şaxtasından keçən kabellər isə yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv