Gəncədə ASAN xidmət Mərkəzi açılacaq

Bu günə kimi 475 min nəfər “ASAN xidmət” Mərkəzlərindən istifadə edib. APA TV xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov sayca 4-cü ASAN xidmət mərkəzinin fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında dedi. Onun sözlərinə görə, artıq Bakının 9 rayonun əhalisi “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edir.

 

İnam Kərimov dedi ki, hələlik “ASAN xidmət” mərkəzlərinin açılması mümkün olmayan regionlarda səyyar avtobuslarla xidmət göstərilir. Artıq 14 rayonda 25 rayonun 40 mindən çox əhalisi səyyar avtobus xidmətlərindən yararlanıb.

 

Yasamal rayonunda açılan 3 saylı ASAN xidmət mərkəzi Yasamal, Səbail və Qaradağ rayonlarının sakinlərinin xidmətində olacaq.

 

k.a Sentyabrın 25-dən əhalinin istifadəsinə veriləcək 3 saylı “ASAN xidmət” mərkəzində “Biometrik məlumatların toplanması sistemi” də yaradılıb ki, burda sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin götürülməsi, elektron imza və digər xüsusiyyətlərə malikdir.

 

“ASAN xidmət” Mərkəzində vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə vətəndaşın qəbulu elektron növbə əsasında həyata keçiriləcək. Digərlərində olduğu kimi, bu mərkəzdə də uşaqlar üçün ayrıca oyun guşəsi yaradılıb.

Müəllif | Apa.Tv