Bakıda mənzildə meyit tapıldı - MÜƏMMA
Bakının Səbael rayonunda mənzildə meyit tapılıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Səbael rayonunda bir nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları yollanıblar. Hadisə yerində müəyyən olunub ki, bağlı qapı arxasında qalan şəxs rayon sakini, 1971-ci təvəllüdlü Şahtaxtinski Əli Məhəmməd oğludur.
Xilasedicilər xüsusi alət və avadanlığın köməyi ilə mənzilin giriş qapısını açaraq adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Əli Şahtaxtinskinin cəsədi aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.