Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran sakini, 1993-cü il təvəllüdlü Şahin Vaqif oğlu Lütfizadənin idarə etdiyi “Ford” markalı yük maşını ilə rayonun Yuxarı Nüvədi kənd sakini, 1990-cı il təvəllüdlü Ravid Rafiq oğlu Qurbanovun idarə etdiyi “Daewoo” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində “Daewoo”nun sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, Yuxarı Nüvədi kənd sakini, 1991-ci il təvəllüdlü Valeh İsmət oğlu Əhmədzadə isə ağır xəsarətlər alıb.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Valeh Əhmədzadənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.