Əfqanıstanda dəhşətli edam: qadını daşqalaq etdilər - VİDEO
Əfqanıstanda gənc qadını daşqalaq ediblər. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Talibanın nəzarətindəki Gor vilayətində baş verib.
Daşlanaraq edam edilən Roksahana adlı qadın şəriət qanunlarına görə zinada günahlandırılıb. Qadının edamı dünyada böyük etirazlara səbəb olub. Əvvəlcədən qazılan çuxura yerləşdirilən qadını insanlar daşlayıblar.
Gor valisi Sema Coyenda gənc qadının "Taliban", yerli dini liderlər və silahlı insanlar tərəfindən edam edildiyini bildirib. Coyenda ailəsi tərəfindən zorla evləndirilən Roksahananın öz yaşıdı bir kişi ilə qaçarkən yaxalandığını deyib. Qadını "qaçırmağa çalışan" gənc qırmanclandıqdan sonra sərbəst buraxılıb.