ABŞ səfiri: "Dedi-qodudan xəbər düzəldirlər"

"Azərbaycanda bir çox media vasitəsi sırf dedi-qodu, spekulyasiya üzərində qurulmuş xəbərlər çatıdırır. Düzgün sitat gətirmir, dəqiqləşdirilməmiş məlumatlar yayır".

 

APA TV-nin məlumatına görə, bunu «Seçki prosesində media etikası» mövzusunda keçirilən seminarda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib. Onun sözlərinə görə, bu cür məlumatlara internet, müxalifət və iqtidar mətbuatında rast gəlinir.

 

Səfir bildirib ki, jurnalistlər informasiyanı dəqiq və aydın çatdırmalıdırlar. Riçard Morninqstar ABŞ-ın mətbuat azadlığına həmişə dəstək verdiyini deyib:

 

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda hər bir vətəndaşın öz fikrini media və sosial şəbəkələr vasitəsi ilə asanlıqla çatdıra bildiyini deyib.

 

O, bu layihənin bu günün tələbələrinə cavab verə bilən bir qanun layihəsi olduğunu bildirib. Əflatun Amaşov Azərbaycanda media sahəsində mövcud olan problemlərdən də danışıb.

 

Mətbuat Şurası sədri Azərbaycanda media sahəsində reklam bazarının da zəif olduğunu dedi.

Müəllif | Apa.Tv