Rusiyanın daha bir təyyarəsi qəzaya uğradı
Sudanda Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb. APA TV-nin rus saytlarına istinadən məlumatına görə, hadisə ölkənin cənubunda yerləşən Cuba əyalətində qeydə alınıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 12 nəfər olub. Onlardan 7-si sərnişin, 5-i ekipaj üzvü olub.
Qəza nəticəsində iki nəfərin sağ qaldığı bildirilir, onlardan biri azyaşlıdır.