Nazirlik: Enerji tarifləri artırılmayacaq
"Azərbaycanda istilik və elektrik enerjisi tariflərinin artırılması məsələsinə baxılmır". APA TV-nin xəbərinə görə, bunu energetika nazirinin müavini Natiq Abbasov bildirib.
Onun sözlərinə görə, gələcəkdə tələbat artacaq: "Enerjiyə tələbatın artması labüddür. Tarifin dəyişilməsi haqqında heç bir məsələ müzakirə aparılmır. Alternativ enerjiyə gəlincə, razıyam ki, alternativ enerjinin istehsalı baha başa gəlir. Hal-hazırda onun tarifi 4,5 qəpikdir. Onun da qiymətinin dəyişdirilməsi ilə bağlı heç bir müzakirələr aparılmayıb".