Türk qırıcıları PKK-nın bir neçə düşərgəsini darmadağın etdi
Türkiyə qırıcıları İraqın şimalında PKK mövqelərinə aviazərbələr endirib.
APA TV-nin türk mətbuatına istinadən məlumatına görə, hədəf terror təşkilatının Dağlıca və Avaşin-Basyan bölgəsindəki PKK düşərgələri olub. Xəbər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənib.
Hərbi təyyarələrin bombardmanı nəticəsində terrorçuların gizləndiyi 16 hədəf məhv edilib. Hakkarinin Yüksekova qəsəbəsində keçirilən əməliyyatlar zamanı isə 4 PKK-çı öldürülüb. Gizləndikləri yerdən onlara aid Biksi markalı avtomat və 250 patron, 3 ədəd Kalaşnikov avtomatı, kustar üsulla hazırlanmış 2 ədəd partlayıcı qurğu aşkar edilib.
Əməliyyatlar Hakkari, Mardin, Qars və Şırnakda da davam etdirilib. Bu ərazilərdə PKK ilə əlaqəsi olduğu müəyyən edilən 15 nəfər həbs edilib. Şırnak, eləcə də Batman və Hakkaridəki əməliyyatlar zamanı 3 ədəd partlayıcı qurğu zərərsizləşdirilib.