Sudanda qəzaya uğrayan rus təyyarəsi kiçik kəndə düşüb: ölü sayı artır
Cənubi Sudanda qəzaya uğrayan AN-12 təyyarəsi yaşayış məntəqəsinə düşüb. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, hadisə zamanı 40-dan çox adam həlak olub.
Qəzanın baş verdiyi təyyarənin göyərtəsində 19 nəfər olub. Hadisə zamanı ölənlərin bir qismi təyyarənin düşdüyü kəndin sakinləridir.
Qəza baş verdikdən sonra Sudan hökumətinin yaydığı açıqlamada AN-12 təyyarəsinin yerli şirkətlərdən birinə məxsus olduğu qeyd olunub.