Cəlilabadda yük maşını aşdı, sürücü xəsarət aldı

Cəlilabada bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 4-də günorta saatlarında rayonun Cəlayar kəndi ərazisində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 25 yaşlı Asim Məmmədovun idarə etdiyi “KamAZ” markalı çınqıl dolu yük maşını idarəetməni itirərək dərəyə  aşıb. Qəza nəticəsində maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq tibbi yardım göstərilib və  hazırda vəziyyəti ağır olaraq qalmaqdadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv