Gəncədə avtobus "Hyundai"a çırpıldı: 14 yaşlı qız yaralandı

Gəncənin şərq çıxışında, Nizami küçəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, 33 yaşlı İlkin Cənnətovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu qarşıda hərəkətdə olan və 62 yaşlı Saday Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə çırpılıb.

 

Qəza zamanı “Hyundai”da olan sərnişin, Goranboy rayonunun Dəliməmmədli şəhər sakini, 14 yaşlı Gülxar Tanrıverdiyeva xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv