Ucarda "KamAZ"la "Fiat" toqquşdu, yük maşını aşdı

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun 242-ci kilometrliyində, Ucar rayonu ərazisində qeydə alınıb.

 

Zərdab rayon sakini Natiq Əsgərovun idarə etdiyi "Fiat" markalı minik maşını ilə Goranboy rayon sakini Arzu Fətəliyevin idarə etdiyi çınqıl daşı ilə yüklənmiş "KamAZ" markalı yük maşını toqquşub.

 

Nəticədə yük maşını yolun hərəkət hissəsinə aşıb. Sürücü isə xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, hadisəyə minik maşınının "KamAZ"ın qarşısına çıxması səbəb olub.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv