Ramanada Murad Muradı bıçaqladı - NİSYƏ ARAQ SÖHBƏTİ

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Ramana qəsəbəsində yaşayan qohumlar - Murad Şənlik oğlu Alpaşayev və 24 yaşlı Murad Elxan oğlu Ələkbərov arasında mübahisə düşüb.

 

Mübahisə zamanı Murad adaşına bıçaqla zərbələr endirib. Yaralını xəstəxanaya qohumları çatdırılıb.

 

Yaralının atası Elxan Ələkbərov hadisəni belə xatırlayır: "Evdə televizora baxırdım. Dedilər ki, uşaq bıçaqlanıb. Götürdüm xəstəxanaya gətirdim. Başqa heç nədən xəbərim yoxdur".

 

Hadisəni törətməkdə şübhəli bilinən Murad Ələkbərov Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bölmədən APA-ya verilən məlumata görə, qohumlar arasında narazılıq bir neçə ay əvvəldən başlayıb.  Murad Alpaşayevin ad günündə qohumu Murad Ələkbərov və digər dostları yeyib-içiblər. Dostlar məclisi davam etdirmək istəsə də, pulları qurtarıb. Bundan sonra Murad Ələkbərov dostlarının razılığı ilə dükandan öz adına nisyə içki və ərzaq götürərək, məclisi davam etdirib.

 

Hadisədən iki aya yaxın vaxt keçsə də, dostları Murad Ələkbərovun mağazaya olan borcunu ödəməyib. Bu səbəbdən ad günü olan Muradla onun üçün qonaqlığı təşkil edən adaşı arasında mübahisə yaranıb və Murad Ələkbərov bıçağa əl atıb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv