Xəzərdə itkin düşən balıqçıların axtarışına aviasiya cəlb olunub

Fövqəladə Hallar Nazirliyi Xaçmazda itkin düşən balıqçılarla bağlı məlumat yayıb.

 

APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, dünən səhər saatlarında Xaçmaz rayonu ərazisindən, 3 nəfər balıqçı dənizə çıxıb. Daha sonra onlarla əlaqə kəsilib. Axtarış ərazisi  Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).

 

Ötən axşam havanın küləkli olduğu nəzərə alınaraq, bu gün səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə, FHN-in Aviasiya Dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.

 

Qeyd edək ki, Xəzər dənizində itkin düşən balıqçılar Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirovdur.

 

Müəllif | Apa.Tv
Vəli Turan