Azərbaycanda dollar bahalaşır, avro və rubl ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı növbəti valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları günə yüksəlişlə başlayıb. Mərkəzi Bank 1 ABŞ dollarının məzənnəsini 1,0499 manat olaraq açıqlayıb. Avro və rublun dəyərində isə ucuzlaşma müşahidə olunur. Rəsmi məzənnəyə əsasən 1 avronun dəyəri 1.1412 manat, 1000 Rusiya rublunun dəyəri isə 16 manat 60 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Həftənin son rəsmi məzənnələri sabah açıqlanacaq. 

Müəllif | Apa.Tv
Apa.tv