Türkiyədə qətl və oğurluğa görə axtarışda olan qadın Bakıda tutuldu
Türkiyədə qətl törədən qadın Bakıda tutulub.
APA TV-nin xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Türkiyə Cəza Qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14 noyabr 2000-ci il tarixdən İnterpol vasitəsilə beynəlxalq axtarışda olan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva yaxalanaraq Sabunçu RPİ-yə təhvil verilib.
Araşdırmalar davam etdirilir.