Mingəçevirdə amansız qətl: sevgilisini bazarın qarşısında öldürdü

Mingəçevir şəhərində qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mərkəzi bazarın qarşısında baş verib.

 

Ağdam rayonunun Nəmərli kənd sakini, 1985-ci il təvəllüdlü Vəliyev Pərviz İsrafil oğlu Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Mustafayeva Yeganə Fəxrəddin qızını bıçaqlayaraq qətlə yetirib. Pərviz Vəliyev insanların gözü qarşısında qeyri-rəsmi yaşadığı Yeganə Mustafayevanın ürək nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Qətlin motivləri hələ məlum deyil. Pərviz Vəliyev könüllü olaraq Mingəçevir şəhər Polis Şöbəsinə gedərək təslim olub.


Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Elvin Yaqubov