PKK birtərəfli atəşkəsə son qoydu
PKK terror təşkilatı Türkiyədə birtərəfli atəşkəsi bitirdiyini elan edib.
APA TV-nin xəbərinə görə, terror təşkilatı ölkədəki parlament seçkilərindən öncə elan etdiyi birtərəfli atəşkəsə son qoyduğunu açıqlayıb.
"AKP hökumətinin həyata keçirdiyi son hücumlarla birtərəfli atəşkəs sona çatıb. Bu şəraitdə atəşkəsin bir anlamı yoxdur və nəticə verməkdən uzaqdır. Xalqımız dirənişi yüksəltməlidir" - deyə açıqlamada bildirilir.
Qərar təşkilatın televiziyası "Med Nuçe" televiziyasından açıqlanıb.