Fransa Yaxın Şərqə hərbi donanma göndərəcək

Fransa hökuməti İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün "Şarl de Qoll" aviadaşıyıcısı da daxil olmaqla, donanmasına aid hərbi gəmiləri səfərbər edib.

 

APA TV-nin məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının iclasından dərhal sonra "Yelisey" sarayından yayılan açıqlamada bildirilib.

 

İclasda Fransua Ollandın şəxsən iştirak etdiyi də açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv