Tərtərdə oğru qardaşlar yaxalandı
Tərtər rayonunda sentyabrın 9-u və 16-da oğurluq edən qardaşlar həbs edilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Goranboy rayonunun Qaradağlı kəndində yaşayan Yaşar və Nadir Zamanov qardaşları Kəlbəcər rayonundan olan məcburi köçkündürlər. Qardaşlar sentyabrın 9-da Tərtərin Mamırlı kənd sakini Sahib Hüseynova məxsus evin həyətində yerləşən tövlədən ümumi dəyəri min manat olan 8 baş xırdabuynuzlu heyvanı oğurlayıblar.
Bundan başqa, onlar sentyabr 16-da Bəyəmsarov kəndində bir qadının tövləsindən iki iribuynuzlu heyvanını aparıblar.
Hadisəylə bağlı, Tərtər Rayon Polis Şöbəsində cinayət işi açılaraq istintaq aparılır.