Rusiya Suriyaya zenit-raket kompleksləri yerləşdirdi

Rusiya Suriyaya təyyarə qaçırılmasının qarşısını almaq və cavab zərbələrinin endirilməsi üçün zenit-raket kompleksləri göndərib.

 

APA TV-nin rus saytlarına istinadən məlumatına görə, bu barədə Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanı Viktor Bondarev məlumat verib.


"Biz bütün baş verə biləcək təhlükələri nəzərdən keçirmişik. Məhz buna görə tərəfimizdən Suriyaya yalnız qırıcı və bombardmançı təyyarələr və helikopterlər deyil, eyni zamanda zenit-raket sistemləri də göndərilib. Tərəfimizdən mümkün fors-major hallarının ola biləcəyi nəzərə alınaraq belə bir addım atılıb", - deyə o əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv