Maştağada dəhşətli intihar: 15 yaşlı qız özünü asdı
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində 2000-ci il təvəllüdlü Səbinə Ərəstun qızı Hüseynova intihar edib. 15 yaşlı qız özünü evin həyətindəki yağış borusundan asıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.