Yağışlı və küləkli havalar qayıdır - PROQNOZ

Bakı və Abşeron yarımadasında noyabrın 7-də  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

 

Azərbaycanın bəzi rayonlarında noyabrın 7-də yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv