PKK yenidən fəallaşdı: Türkiyədə ədliyyə binasına terror hücumu olub

PKK Türkiyənin cənub-şərqində yerləşən Şırnak vilayətində ədliyyə binasına silahlı basqın edib.

 

APA TV-nin məlumatına görə, Cizrə qəsəbəsindəki Ədliyyə binasına qumbaraatan və digər odlu silahlardan atəş açılıb.

Nəticədə binanın önündə növbə çəkən polislə basqınçılar arasında atışma olub. Atışmada binaya zərər dəyib.

Bundan əlavə, İdil qəsəbəsində zirehli polis avtomobilinə bir neçə dəfə atəş açılıb. İnsidentin ardınca polis terrorçuların yaxalanması istiqamətində genişmiqyaslı əməliyyatlara başlayıb.

Bölgədə səhər saatlarınadək atışma səsləri eşidilib.

Müəllif | Apa.Tv
Apa.tv