Temperatur düşəcək, qar yağacaq - SİNOPTİKLƏRDƏN XƏBƏRDARLIQ

Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən məlumata görə, noyabrın 7-si axşamdan 11-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv