Hacıqabulda "Niva" aşdı: 1 ölü, 3 yaralı

Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 5-də 23.00 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Quba rayonunun Qarxun kənd sakini, 1977-ci il təvəllüdlü  Qabil Güləli oğlu Rəhimov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsində ölüb.

 

Avtomobildə olan sərnişinlər - Quba rayonunun Qarxun kənd sakini, 1989-cu il təvəllüdlü Mətləb Səfərbala oğlu Fərəcov, Quba rayonunun Adur kənd sakini, 1978-ci il təvəllüdlü Sahib Nəsrulla oğlu Həsənov və Şirvan sakini, 1981-ci il təvəllüdlü Afaq Hacı qızı Orucova müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv