Türkiyədə rus İŞİD-çilər tutuldu
Türkiyənin Antalya şəhərində anti-İŞİD əməliyyatları davam edir.
Keçirilən xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinərək saxlanılanlar arasında iki Rusiya vətəndaşı da olub.
APA TV-nin məlumatına görə, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğundan məlumat verilib.
İstintaq sirri olduğundan, əməliyyatın detalları açıqlanmır. Həbs olunanlardan İŞİD-lə əlaqədə olmalarını isbatlayan bir sıra dəlil aşkar edilib.