Türkmənistan 33 milyardlıq qaz kontraktı imzaladı
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistanı birləşdirəcək qaz kəmərinin tikintisi ilə bağlı sərəncam imzalayıb.
APA TV-nin "Gazeta.ru"ya istinadən məlumatına görə, kəmərin işə düşməsi nəticəsində Türkmənistan adı çəkilən ölkələrə il ərzində 33 milyard kubmetr qaz ixrac edəcək.
Kəmərin tikintisinin 2018-ci ildə yekunlaşması nəzərdə tutulur.