Astaranın daha bir kəndinə təbii qaz verildi

Astara rayonunun Şahağacı kəndinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Astarada qaz təsərrüfatının və əhalinin mavi yanacaqla keyfiyyətli təminatı istiqamətində böyük işlərin görüldüyünü xüsusi vurğulayıblar. Bildirilib ki, rayonun yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması üçün başlanılan işlər qısa zaman ərzində öz həllini tapıb.

 

Kəndə qaz xəttləri bir pilləli sistemlə çəkilib.

 

Bununla da Astara rayonunda 34  yaşayış məntəqəsi təbii qazla təmin olunub. Hazırda Astara şəhəri və Ərçivan qəsəbəsində yenidənqurma işləri gedir, qaz boruları yenisi ilə əvəz olunur. Rayonun Telman və Züngüləş kəndlərinin də mavi yanacaqla təmin olunması üçün paylayıçı xəttlər çəkilir. İlin sonuna kimi adı çəkilən yaşayış məntəqələrinə təbii qazın verilişinin bərpa olunması öz həllini tapacaq.

 

Müəllif | Apa.Tv