Soyğunçuluq edib vətənə dönmək istəyən azərbaycanlı ayaqyolunda tutuldu - MOSKVADA

Moskva polisi soyğunçuluq faktında təqsirli bilinən və  axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

 

APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, əməliyyat Rusiya paytaxtının hava limanlarından birində həyata keçirilib.

Polisin onu tutacağını hiss edən şəxs tualetə girib və oradakı kiçik pəncərədən qaçmaq istəyib. O, bunu bacarıb, lakin küçədə onu polislərin gözlədiyindən xəbəri olmayıb.

Saxlanılan şübhəli barəsində cinayət işi açılıb.
 

Müəllif | Apa.Tv
Apa.tv