Ata və oğul traktorun içində boğuldu - NAXÇIVANDA FACİƏ

Naxçıvanda faciəli hadisə baş verib.

 

APA-nın məlumatına görə, noyabrın 5-də Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayan Fərrux Mahmudov oğlu Əlövsətlə birlikdə “Belarus” markalı traktorda evdən çıxıb və geri qayıtmayıb. Noyabrın 6-da Arpaçayın Çəmənli kəndinin ərazisindən keçən hissəsində Fərrux və Əlövsət Mahmudovların meyitləri traktorun içərisində tapılıb. Onlar çayda boğulublar. 

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv