Təhsil Nazirliyi "Bayraq yürüşü" keçirdi

Bu gün Bayraq Meydanına toplaşmağımızın başlıca səbəbi xalqımızın müqəddəs bayrağımıza olan məhəbbətindən irəli gəlir. Mən belə düşünürəm ki, bayraq dövlətimizin simvolu olmaqla yanaşı, həm də xalqımızın qürur mənbəyidir. Bayraq doğma yurdumuza öz hakimliyimizi də simvolizə edir. Bir kərə yüksələn bayraq bir daha enməz!

 

2009-cu ildən 9 noyabr rəsmən Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hazırda isə Milli Park ərazisindəyik. Təhsil Nazirliyinin təşkilatçılığı ilə bayraq yürüşü təşkil olunub. Belə ki, 1000-ə yaxın şagird tələbə heyəti ilə birlikdə "Azneft" dairəsindən Bayraq Meydanı istiqamətində yürüş baş tutacaq.

 

Bayraq yürüşündə şagird və tələbələrlə yanaşı, Təhsil Nazirliyinin əməkdaşları, universitet rektorları, millət vəkilləri, tələbələri iştirak ediblər. Yürüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir. “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

 

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Elmir Bağırov, millət vəkilləri tədbirin əhəmiyyəti haqda danışıblar.

 

Daha sonra yürüş “Azneft” meydanından başlayaraq Dövlət Bayrağı Meydanınadək davam edib.

 

Qeyd edək ki, “Bayraq yürüşü” Təhsil Nazirliyi ilə yanaşı, Dövlət Bayrağı Meydanı Kompleksi  İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova