Hacıqabulda ağır qəza: bir ailədən 3 nəfər yaralandı
Hacıqabulda baş verən yol qəzasında ər və arvad ağır yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 115-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
İmişli rayon sakini Qarayev Azər Ramin oğlunun idarə etdiyi “Mercedes” markalı 30 BF 223 dövlət nömrə nişanlı avtomobil yoldan çıxararaq aşıb.
Qəza nəticəsində bir ailənin 3 üzvü - İmişli rayonunun Mirili kənd sakinləri, 1964-cü il təvəllüdlü Əhmədova Yeganə İsmi qızı qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Əhmədov Raqub Əhməd oğlu isə travmatologiya şöbəsinə yerləşdirilib. Daha bir ailə üzvü isə, ambulator yardım alıb. Sürücü xəsarət almayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.