Qazaxda bir ailə evsiz qaldı - YANĞIN
Qazaxda fərdi ev yanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Qazaxın Vaqif küçəsində Arzu Bayramova məxsus fərdi evdə qeydə alınıb. Ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 6 otaqlı evdə başlanan alov tez bir zamanda ətrafa yayılıb. Əraziyə gələn Qazax rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğının qonşu evlərə və yaxınlıqdakı mağazalara keçməsinin qarşısı alıb. Alov evin bir otağında döşəməni və ev əşyalarını yandıraraq yararsız hala salıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.