Şirvanda müəmma: intihara cəhd, yoxsa ailə münaqişəsi?
Şirvanda 29 yaşlı qadın bıçaqlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H. Əliyev prospekti 28a, mənzil 31 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan və qeydiyyatda olan 1986-cı il təvəllüdlü Zeynalova Arzu Mirzəbəy qızına bıçaqla xəsarət yetirilib.
Mədə nahiyəsindən bıçaq yarası alan qadın Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.
Qadını xəstəxanaya çatdıran əri, həyat yoldaşının ruhi xəstə olduğunu və onun özü-özünə bıçaqla xəsarət yetirdiyini bildirir.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.