Fələstinlilər 6 yəhudini yaraladı

İordan çayının qərb sahilində meydana gələn 3 ayrı hücumda ən azı 6 israilli yaralanıb, iki fələstinli hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, fələstinli qadının polisə bıçaqla hücum etməsi təhlükəsizlik kamerası tərəfindən görüntülənib. Polis qadına atəş açaraq onu zərərsizləşdirib. Yaralı fələstinli qadın xəstəxanaya çatdırılıb.

 

İkinci hadisədə alış-veriş edən bir israilli iki fələstinlinin bıçaqlı hücumuna məruz qalıb. Başqa bir hadisədə isə bir fələstinli maşınını israillinin üstünə sürüb. Olay zamanı azı 4 israilli yaralanıb. Maşının sürücüsü polis tərəfindən öldürülüb.

 

İsrail əsgərlərinə etiraz üçün toplaşan fələstinlilərə gözyaşardıcı qazla müdaxilə edilib.
 

Məlumat üçün qeyd edək ki, oktyabr ayından indiyə kimi bu bölgədə baş verən hadisələr zamanı 72 fələstinli öldürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv