Rusiya təyyarələrinin Misirə uçuşları dayandırldı: PUTİNDƏN QADAĞA


Rusiya prezidenti Vladimir Putin rus aviaşirkətlərinin Misirə uçuşlarını qadağan edib. APA TV-nin "Vesti.ru"ya istinadən məlumatına görə, Putin "Rusiyanın milli təhlükəsizliyinin və ölkə vətəndaşlarının təhlükəsizliyinin təminatı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamla Misirə istənilən məqsədli hava daşımaları qadağan edilib. Sənədə əsasən Misir hökümətilə Rusiya vətəndaşlarının təhlükəsizliyinin təminatı məsələlərinin razılaşdırılması Rusiyanın Xarici İşlər Nazirliyinə tapşırılıb. Bu arada, Sinay yarımadasının rəhbərliyi turistləri ölkədən buraxmamaqda israrlıdır. Belə ki, ərazini tərk etmək istəyən əcnəbilərə yalnız əl yükünü çıxarmağa icazə verilir. Onlara digər şəxsi əşyalarının daha sonra xüsusi reyslə çatdırılacağı bildirilir. Bununla yanaşı, onlara pasport nəzarəti və təhlükəsizlik yoxlamaları zamanı da maneələr yaradılır. Qeyd edək ki, hazırda Misirdəki 80000 rus turist ölkəni tərk etmək üçün öz növbəsini gözləyir. Bir həftədən sonra isə bu turistlərin sayının 35000 nəfərə qədər azalacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv