Britaniya Rusiya təyyarəsini partladan terrorçunun adını açıqladı - İDDİA

Britaniya kəşfiyyatı Misirin Sinay yarımadasında qəzaya uğrayan təyyarə ilə bağlı iddia irəli sürüb. APA TV-nin "Vesti.az"a istinadən məlumatına görə, kəşfiyyat rəhbərliyi təyyarənin vurulmasını deyir və bunu təşkil edən şəxsin adını açıqlayıb.
 

İddiaya görə, bombanı təyyarənin yük yerinə İŞİD-in Sinay qolunun üzvləri yerləşdiriblər.

Həmin qruplaşmanın lideri Əbu Osama əl-Məsri kəşfiyyatın araşdırmalarına görə, ötən ildən İŞİD-in Sinay qoluna rəhbərlik edir.

Britaniya hüquq-mühafizə orqanları hadisədə əl-Məsrinin əli olduğunu isbat edərlərsə, London Moskvaya onun tutulması üçün birgə hərəkət etmək barədə təklif göndərəcəyini bildirib. Bunun üçün krallıq Misirə özünün xüsusi təyinatlılarının göndərə biləcəyini indidən açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv