Qaraçuxurda “Opel” iki piyadanı vurdu - AĞIR QƏZA
Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Qaraçuxur qəsəbəsi ərazisində “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadalar Çiçək Babayeva və Bilal Məmmədovu vurub.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər hər iki yaralının kəllə-beyin travması aldığını bildirirlər.
Hadisəni törədən “Opel” markalı avtomobilin sürücüsünün ifadəsinə görə, piyadalar qəflətən yola çıxdığından, o, avtomobili saxlaya bilməyib və nəticədə hadisə baş verib.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.