Mircəfər Bağırov nərd oynarkən Üzeyir Hacıbəyova kimin salamını çatdırıb?
Çırpınırdı Qara Dəniz...Bu mahnının sözlərini Əhməd Cavad 1914-cü ildə yazıb. Musiqisi dörd il sonra bəstələnib. 1918-ci ildə Üzeyir Hacıbəyov tərəfindən. Amma nədənsə çoxları bu mahnını türk bəstəsi bilir. Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz-İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
Kim idi Üzeyir Hacıbəyov?...Atası Xurşudbanu Natavanın şəxi mirzəsi və Ağcəbədidəki mülklərinin idarəçisi idi. O üzdən Ağcəbədidə yaşayırdılar. Amma sonradan o lap kiçik olanda Şuşaya köçdülər. Burda atasına daha çox ehtiyac olduğu üçün. Şuşada ilk təhsilini iki sinifli rus-türk məktəbində aldı... Yolu Qori Müəllimlər Seminariyasından keçdi. Sonralar o, yazacaqdı ki, "bu məktəb həyatımda mühim rol oynadı hər mənada"...
...Amma dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, akademik, 1938-48-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Eləmlər Akademiyasının İncəsənət İnstitutunun direktoru olandan sonra....
O, Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoydu.
Daha sonra "Şeyx Sənan"ı, "Rüstəm və Söhrab"ı, "Şah Abbas və Xurşud banu"nu, "Əsli və Kərəm" i, "Harun və Leyla"nı yaratdı. "Ər və Arvad", "O Olmasın, bu Olsun" , "Arşın Mal Alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri göstərdi.
Üzeyir bəy Azərbaycan tarixində həm də ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini yaratdı.
Bura onun ev muzeyidi. Burda hər şey onun yaşadığı zamanlarda olduğu kimi qalıb, böyük əsərlər yaratdığı qara royal, nahar edərkən istifadə olunan qablar, şəxsi əşyalar, dolablar, yazı masası, gözlük, qələm...Hər biri bir xatirədir...
Üzeyir bəy "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ü", "Filankəs", "Behmankəs" və sair gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirirdi. Amma imzası gizli olsa da ona açıq aşkar zərbələr gəlirdi. Ən yüksək dairələrdən. Bir dəfə evində dincələndə telefonuna zəng gəlir. Üzeyir bəyə məlumat verilir ki, onu Mircəfər Bağırov çağırır... Dövrünə və zəmanəsindən baxanda qorxulu çağırış olub. Üzeyir bəy də ciddi narahatlıq keçirib.
Sonra məlum olur ki, Bağırov Moskva səfərindən dönübmüş və Üzeyir bəyi Stalinin şəxsi salamını çatdırmaq, həm də dərdləşib nərd oynamaq üçün dəvət edibmiş. Bu da maraqlı məqamdı. Moskvadan dönüş, Stalindən salam və dərdləşmək...Bəli, Üzeyir bəy Mircəfər Bağırovun etibar edib güvəndiyi, dərdləşdiyi, dost bildiyi az sayda insanlardan olub...
Mübariz mərd insan olub deyirlər. Belə olmasaydı yəqib ki, Azərbaycanın qəhrəmanlıq himni Gənci yaranmazdı...
Haqsızlığa qarşı mübarizə aparıb. İnsanları mübarizəyə əsləyib həmişə. "Koroğlu" uverturasını yaradan insan başqa cür ola bilməzdi...
Maraqlıdır ki, Üzeyir bəy 20-ci əsrdə iki dövlət himninin sovet Azərbaycanı və mütəqil Azərbaycanın dövlət himnlərinin müəllifidir...
Və bu təkcə himn deyil. Məncə bu iki dahinin bir nəhəngə həsr etdiyi musiqi əsəridir həm də. Təkcə himn kimi yox, həm də əsər kimi hörmətə və ayaq üstə dinlənməyə layiq bir əsər...