Bakıda qadın sürücü qəza törətdi, yaralanan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Bakıxanov küçəsi ilə Tiflis prospektinin kəsişməsində qeydə alınıb. 25 yaşlı Abdullayeva Ayşəm Azər qızının idarə etdiyi “Hyundai” markalı avtomobil 27 yaşlı Qurbanov İlqar Məmməd oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində “Daewoo”nun sürücüsü xəsarət alıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası İlqar Qurbanovu xəstəxanaya aparıb.

 

“Hyundai”nin sürücüsü Ayşəm Abdullayeva bildirib ki, qarşıdakı avtomobil qəfildən dayanıb və o, maşını saxlaya bilməyib.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv