Tovuzda partlayış: yeniyetmə xəsarət aldı
Tovuzda yaşayış evində partlayış olub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, Mehman Həmzəyevə məxsus ümumi sahəsi 260 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə, taxtadan ibarət mərtəbələr arası arakəsmə, pəncərə çərçivələri və xarici divar dağılıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı M. Həmzəyevin övladı, 2003-cü il təvəllüdlü Elşən Həmzəyev yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.